Heydər Əliyevin həyat yolu hamımız üçün nümunədir - Valeri Mitskeviç
16 May 2023 13:51 SiyasətHeydər Əliyev Azərbaycanın uğurlu inkişafında böyük rol oynayıb. O, həmçinin Azərbaycan Belarus münasibətlərinin qurulmasında böyük səylər göstərib.
Trend-in məlumatına görə, bunu Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
O qeyd edib ki, bu gün Belarus və Azərbaycan prezidentləri arasında münasibətlər yüksək səviyyədədir.
"Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev Belarusun böyük dostu olduğunu sübut edib. Qarşılıqlı yardım səmərəli əməkdaşlığın təminatıdır. Liderlərimiz arasında münasibətlər dövlət qurumlarımız üçün bir etalondur. Heydər Əliyevin həyat yolu hamımız üçün nümunədir", - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.