Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yüksək zirvələri fəth edəcək - ÖZƏL
16 May 2023 13:25 Siyasət"Ulu Öndər Heydər Əliyev strategiyasının uğurla davam etdirilməsi və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan özünün ən güclü və qüdrətli dövrünü yaşayır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib, əmin-amanlıq mövcuddur: "Məhz ölkədə hökm sürən sabitlik və əmin-amanlığın sayəsində bu gün Azərbaycan Qarabağda və Zəngəzurda ardıcıl, dinamik bərpa-quruculuq işlərini həyata keçirir. Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf özünü göstərir. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Prezident İlham Əliyev Şuşada xalqa müraciətində həmçinin aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduğunu, orada Azərbaycan Bayrağını qaldırdığını, ərazi bütövlüyümüzü tam bərpa etdiyini vurğulayıb. Bütün bu amillər onu deməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da daha yüksək zirvələri fəth edəcək".