Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi - Özbəkistan Ali Məclis Senatının Sədri

Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi. Heydər Əliyev ən keçməkeçli dövrdə Azərbaycanın taleyi üçün böyük məsuliyyəti üzərinə götürdü və Azərbaycanən biriliyi üçün böyük işlər gördü.

Trend-in məlumatına görə, bunu Özbəkistan Ali Məclis Senatının Sədri Tənzilə Narbayeva Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyevin siyasi liderliyi və bacarığı sayəsində Azərbaycan xalqı böyük bəlalardan qurtuldu.

"Azərbaycan çox qısa dövrdə beynəlxalq aləmdə böyük nüfuz qazandı. Onun dövründə mütərəqqi islahatlar həyata keçirildi. Heydər Əliyevin irsi Azərbaycan dövlətinin banisi kimi dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilir. Sevindirici haldır ki, Prezident İlham Əliyev atasının siyasətini uğurla davam etdirir. Özbəkistanda Heydər Əliyev xatirəsi uca tutulur. Onun Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin gücləndirilməsinə rolunu unutmurlar", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31