Qazaxıstan və Azərbaycan arasında güclü əlaqələrin qurulması Heydər Əliyevin səyləri ilə bağlıdır
16 May 2023 12:33 Siyasət"Qazaxıstan və Azərbaycan arasında güclü əlaqələrin qurulması Heydər Əliyevin səyləri ilə bağlıdır". Bunu Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib "Qazaxıstanda Heydər Əliyev çox səmimi siyasətçi, hörmətli şəxs olaraq qiymətləndirilir. İki ölkə arasında əbədi əlaqələrin qorunmasında Heydər Əliyevin müstəsna rolu olub. Mən 90-cı illərdə Qazaxıstan parlamentində şəxsən Heydər Əliyevin çıxışına qulaq asmaq şansı qazanmışam. Bu, gənc parlament nümayəndəsi üçün böyük şans idi. Heydər Əliyev Türk ölkələri arasında əlaqələrin qurulmasında, inteqrasiyasında hər zaman mühüm addımlar atıb. Belə ki, Türk Dövlətləri Təşkilatının təməlinin qoyulması Heydər Əliyevin doğma şəhəri olan Naxçıvanda onun tərəfindən irəli sürülmüşdü. Digər tərəfdən Azərbaycanın güclü iqtisadiyyatının olması da Heydər Əliyevlə bağlıdır. Bu gün qardaş Azərbaycan durmadan inkişaf edir. Biz bu uğurlara sadəcə sevinə bilərik".