İrəvanın Brüsseldə əldə olunmuş razılaşmalara əməl edəcəyinə inanmaq sadəlövhlük olardı - ÖZƏL

"İrəvanın Brüsseldə əldə olunmuş razılaşmalara əməl edəcəyinə inanmaq sadəlövhlük olardı. Qeyd edilən razılaşmalar barədə hər dəfə görüşlər sonrası xəbərlər yayılır, amma  eyni söhbətlər ortalıqda dolaşır".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, regional proseslərdə böyük ölçüdə aydınlıq artıq hasil olur:

"Türkiyədəki seçkilərin nəticələri demək olar ki, bəllidir. R.T.Ərdoğanın hakimiyyətdə qalması böyük ölçüdə həll edilib. Rusiya da Ukrayna müharibəsində məğlub olmaq üzrədir. Ermənistanın artıq manevr imkanları tükənir. Bu baxımdan, əgər Ermənistan əldə ediləcək razılaşmalara əməl edəcəksə, buna məcburiyyətindən razı olacaq. Onlara qalsa, hələ çox oyun oynayarlar".

Azər Qasımov hesab edir ki, yay aylarında bu məsələ öz həllini tapacaq:

"Ermənistan yenə də danışıqlarda və sahədə təxribat etmək yolunu tutsa, başına  "dəmir yumruq" enməsi an məsələsi olacaq. Ondan sonra Ermənistan adlı dövlətin parçalarını ətraf ölkələr öz ərazilərinə qatmaqla toplayacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31