Azərbaycanın uğurlarına sevinirik - Misir spikeri

"Misir hər zaman Heydər Əliyevin ölkəsinə qazandırdığı uğurları yüksək qiymətləndirib". Olaylar xəbər verir ki, bu barədə Misir Nümayəndələr Palatasının Sədri Hanafi Gibali Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. "Biz dost ölkə olan Azərbaycanın uğurlarına hər zaman sevinirik. Azərbaycanda demokratik dəyərlərin təməlinin qoyulması, islahatların aparılması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Misir Azərbaycanı dost ölkə olaraq görür. Bunun nəticəsidir ki, Misirin hazırkı prezidenti bu yaxınlarda Azərbaycana səfər edib. Bu, iki ölkə arasında əlaqələrin bariz nümunəsidir. Bundan sonra da Azərbaycan və Misir əlaqələri yüksək səviyyədə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31