İran antiAzərbaycan siyasətindən əl çəkmir - ÖZƏL
16 May 2023 11:50 Siyasət"İran antiAzərbaycan siyasətindən əl çəkmir. Ölkənin hüquq mühafizə orqanlarının həyata keçirdiyi son əməliyyat tədbirləri də sübut etdi ki, fars molla rejiminin ölkəmizə qarşı siyasəti dəyişməz olaraq qalır və Tehran hər zaman Azərbaycana hansısa formada zərbə vurmağa, onu zəiflətməyə çalışır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, bir müddət əvvəl İran rəsmiləri, bu ölkənin xarici işlər naziri, eləcə də İranın Azərbaycandakı səfirinin Tehran-Bakı münasibətlərinin normallaşdırılması ilə bağlı təşəbbüsləri də əslində gözdən pərdə asmağa, yaranmış vəziyyətdən istifadə edib Azərbaycana qarşı yeni-yeni məkirli planlar qurmağa hesablanmışdı:
"Hələ o zaman da biz bildirmişdik ki, Tehran Bakıya qarşı olan münasibətində səmimi deyil və fars molla rejimi vaxt udmağa, münasibətlərin normallaşması pərdəsi altında yeni planlar qurmağa çalışır. Zənn etdiyimiz kimi də oldu və hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində İranın casus şəbəkəsi zərərsizləşdirildi".
Arzuman Muradlı deyib ki, İranın Azərbaycanla bağlı məkirli planları davam etdiyi müddətdə bu ölkə ilə hər hansı əməkdaşlıqdan danışmaq mənasızdır:
"Azərbaycan ərazilərini işğal məruz qoyan Ermənistanla eyni sırada yer alan İrandan bizə dost, normal qonşu olmaz".