Ermənistanda yaşanan aqoniyanı hələ çox görəcəyik
25 Aprel 2023 17:11 SiyasətLaçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı Ermənistanın siyasi səhnəsində və erməni cəmiyyətində yaşanan çaxnaşma bir daha təsdiq edir ki, bu ölkənin rəhbərliyi sülh bəyanatlarında səmimi deyil. Ermənistanın baş naziri N. Paşinyan bir tərəfdən bəyan edir ki, guya onun hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa hazırdır, digər tərəfdən isə Ermənistanın xarici işlər nazirliyi ölkəmizin ərazisində nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz edir. Əgər N.Paşinyan bəyanatında, həqiqətən, səmimi olsaydı, onun ölkəsinin xarici işlər nazirliyi-Ermənistan hökumətinin rəsmi qurumu Azərbaycanın suveren hüquqlarını şübhə altına alan bəyanatı səsləndirməkdən çəkinər, nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz etməzdi. Bu bir daha sübut edir ki, Ermənistan hakimiyyəti, həmişə olduğu kimi, imitasiya və siyasi oyunbazlıqla məşğuldur. Onun məqsədi beynəlxalq auditoriyada özü haqda guya sülh tərəfdarı olması ilə bağlı aldadıcı fikir yaratmaq, ikibaşlı söz oyunu ilə vaxtı uzatmaq və bununla da real sülh müqaviləsindən yayınmaqdır.
Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı Ermənistanın siyasi səhnəsində və erməni cəmiyyətində yaşanan çaxnaşma bir daha təsdiq edir ki, bu ölkənin rəhbərliyi sülh bəyanatlarında səmimi deyil. Ermənistanın baş naziri N. Paşinyan bir tərəfdən bəyan edir ki, guya onun hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa hazırdır, digər tərəfdən isə Ermənistanın xarici işlər nazirliyi ölkəmizin ərazisində nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz edir. Əgər N.Paşinyan bəyanatında, həqiqətən, səmimi olsaydı, onun ölkəsinin xarici işlər nazirliyi-Ermənistan hökumətinin rəsmi qurumu Azərbaycanın suveren hüquqlarını şübhə altına alan bəyanatı səsləndirməkdən çəkinər, nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz etməzdi. Bu bir daha sübut edir ki, Ermənistan hakimiyyəti, həmişə olduğu kimi, imitasiya və siyasi oyunbazlıqla məşğuldur. Onun məqsədi beynəlxalq auditoriyada özü haqda guya sülh tərəfdarı olması ilə bağlı aldadıcı fikir yaratmaq, ikibaşlı söz oyunu ilə vaxtı uzatmaq və bununla da real sülh müqaviləsindən yayınmaqdır.
Belə olmasaydı, Ermənistan rəhbərliyi ölkəmizin ərazi bütövlüyünü və suveren hüquqlarını şübhə altına alan başqa bir bəyanatı səsləndirərək təklif etməzdi ki, Bakı ilə Xankəndi arasında hansısa beynəlxalq missiyanın iştirakı təmin olunmalıdır. Yəni, Xankəndidəki qondarma separatçı rejimə beynəlxalq münasibətlərin müstəqil subyekti statusunu qazandırmağa cəhd etməzdi. Ermənistan hökumətinin qeyri-səmimiliyi özünü onda da göstərir ki, bir tərəfdən, üzvü olduğu KTMT kimi hərbi-siyasi blokdan yardım diləyir, digər tərəfdən isə Rusiya ilə qarşı-qarşıya dayanan Avropa Birliyinin yarımhərbi missiyasını öz ərazisində yerləşdirir. Buna baxmayaraq, 30 il ərzində olduğu kimi, indinin özündə də ABŞ, Rusiya və Fransanın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı bəyanatları, aşağı-yuxarı, üst-üstə düşür. Nə qədər təzadlı görünsə də reallıq bundan ibarətdir. Yenilik ondadır ki, Avropa İttifaqının komissarı da təxminən eyni məzmunlu bəyanatla çıxış etdi. Bu cür bəyanatlar Cənubi Qafqazda sülhün və dinc birgəyaşayışın təmin olunmasına deyil, Ermənistan cəmiyyətində revanş hissinin genişlənməsinə və Xankəndidəki separatçı rejimin daha çox şirniklənməsinə rəvac verir. Görünən odur ki, ötən illər ərzində Azərbaycana qarşı sərgilənən ikili standartlar siyasəti bu gün də davam etməkdədir. Xüsusilə narahatlıq doğuran odur ki, Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutan və Ukrayna ərazisində separatçılığın qəbuledilməz olduğunu bəyan edən ABŞ və Fransa Azərbaycana gəldikdə, nədənsə suveren hüquqlarımızın reallaşması ilə barışmaq istəmir. Üstəlik, ermənipərəst konqresmenlər Qarabağın öz müqəddəratını təyin etməsi və müstəqilliyinin tanınması ilə bağlı beynəlxalq hüquqa zidd olan hansısa qərar layihəsini müzakirəyə çıxarmağa cəhd edirlər. Maraqlıdır ki, Rusiya ilə az qala düşmən münasibətində olan bu ölkələr şimal qonşumuzun ritorikasına tam uyğun şəkildə tələb edirlər ki, Rusiyanın moderatorluq etdiyi üçtərəfli Bəyanata əməl edək. Amma onlardan heç biri Ermənistandan tələb etmir ki, qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxarsın və Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyinə əməl etsin. Müharibədən sonrakı iki il yarım ərzində onlardan bir dəfə eşitmədik ki, Rusiya sülhməramlılarının müşayiəti altında Laçın yolundan silah-sursat daşınmasına, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin
bəslənməsinə etiraz etsinlər. Sanki elə belə də olmalı imiş.
Bu illər ərzində ölkəmizə qarşı istifadə edilən, beynəlxalq hüquqla yanaşı ədalət anlayışına da kölgə salan ikili standartlar nümunəsi o qədərdir ki, artıq bunları dilə gətirməyin özü belə, insanı mənən yorur və cəmiyyətimizdə onların müəlliflərinə inamsızlığın dərinləşməsinə xidmət edir. Bu real mənzərənin dəyərləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin ötən il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi fikirləri yada salmaq tam yerinə düşür: "Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq".