Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var?
25 Aprel 2023 13:11 Siyasət"Bu gün Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var? Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, dələduzun birinə müsahibə vermək nəyə lazımdır: "Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, niyə ondan qorxursunuz, nədən qorxursunuz? Gərək, belə şeylərdən uzaq olaq, belə şeylərə diqqət edək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31