“Əbədi ömrün yüz ili” kitabı çap olunub
25 Aprel 2023 12:36 SiyasətUlu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş "Əbədi ömrün yüz ili" kitabı nəşr olunub.
Kitaba Heydər Əliyev haqqında tanınmış söz və bilim adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəlliflərin əksəriyyəti bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olublar. Ona görə də bu kitab Heydər Əliyevi yaxından tanımaq, ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq üçün qiymətlidir və dəyərli mənbədir.
Layihə rəhbəri, tərtibçi (AYB mətbuat katibi Xəyal Rza ilə birlikdə) və ön sözün müəllifi AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, redaktoru Dürdanə Hüseynovadır.
TEAS-PRESS Nəşriyyatında nəfis dizaynla nəşr edilmiş 468 səhifəlik kitabın yaxın günlərdə geniş ictimaiyyət üçün təqdimatı nəzərdə tutulur.