Seçicilərə hüquqi yardım göstəriləcək - ÖZƏL

Milli Məclis  sədrinin müavini Adil Əliyevin təşəbbüsü ilə seçicilərə hüquqi yardım göstəriləcək. "Olaylar" xəbər verir ki, bununla bağlı millət vəkili özü məlumat verib: "Milli Məclisə deputat seçildiyim 20 saylı Nərimanov II seçki dairəsində yerləşən deputat ofisimdə 26 aprel 2023-cü il tarixində hüquqi yardım aksiyası təşkil ediləcək. Hüquqi yardımla bağlı silsilə tədbirlərin davamı olaraq, təşkil ediləcək aksiyada Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə peşəkar hüquqi yardım göstəriləcəkdir. Ərazi məhdudiyyəti olmadan şəhid ailələri və qazilər eləcə də, 20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan seçicilər peşəkar hüquqi yardımla bağlı köməkçilərim Bəhruz Müslümova (055) 217-45-67 və İftixar Həsənova (055) 766-21-35 müraciət edəsiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31