Buranı bəyənmirsənsə oturma burda - Vitse-spiker

"Vahid Əhmədov neynirsə bilə-bilə edir. O indi görəsən öz-özünə bu barədə düşünürmü". "Olaylar" xəbər verir ki, bunu vitse-spiker Fəzail İbrahimli deyib. Vahid Əhmədova xitabən deyib: "O niyə mənim heysiyyatıma toxunur. Üç nəfərdən başqa hamını ittiham edir. Buranı bəyənmirsənsə oturma burda... açıq şəkildə mandatını qoy get. Hamıdan yaxşı duruma maliksən. Sən bəs nə istəyirsən".

Deputat Ziyafət Əsgərov isə  qeyd edib ki,  dost qardaş Türkiyə haqqında belə danışmaq yaramaz: " Ay Vahid müəllim, sən Mehman Hüseynovun, Əli Kərimovun yanında olmalı deyildin. Deyirsən dövlətimin yanındayam. Dövlətin yanında belə olmurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31