Spiker tapşırıq verdi: Vahid Əhmədovun məsələsinə intizam komissiyasında baxılacaq
25 Aprel 2023 12:00 SiyasətMillət vəkili Vahid Əhmədov deputat həmkarları tərəfindən ona ünvanlanan ittihamlara cavab verib. Bildirib ki, o, həmişə dövlətin və dövlətçiliyin yanında olub: "Mən harada nə dediyimi yaxşı bilirəm. Həmişə dövlətin yanında olmuşam. Fəzail müəllim deyir ki, mənim məsələmə intizam komissiyasında baxılsın. Etiraz etmirəm, orada veriləcək bütün suallara cavab verməyə hazıram. Bununla xalq da bilər ki, mən həmişə dövlətin yanında olmuşam". Lakin Vahid Əhmədovun səsi kəsildiyindən fikrini sona qədər çatdıra bilməyib. O, çıxışını bitirdikdən sonra spiker Sahibə Qafarova deyib: " Bu sizin öz fikrinizdi, düzgündü, ya düzgün deyil".
Sədr tapşırıq verib ki, deputat Vahid Əhmədovun məsələsi ilə intizam komissuiyası məşğul olsun!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31