Fəzail Ağamalı Vahid Əhmədov sərt tənqid etdi
25 Aprel 2023 12:02 Siyasət"Vahid Əhmədov bu günlərdə mətbuatda xoşagəlməz müsahibə ilə şıxış edib. Fundamental məsələrə şübhə toxumu səpib". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin plenar iclasında deyib. Bildirib ki, bu müsahibə millət vəkilinin Azərbaycan dövlətinə təhdidləri və qərəzli münasibətidir: "O bu müsahibə ilə Prezidentin sosial siyasətinə xələl gətirir. Korrupsiya va kölgə iqtisadiyyatın tör- töküntülərini sistemin üzərinə yükləmək qəbuledilməzdir. Bildirir ki, əgər etimal göstərilsə Müsavat və AXCP səs toplaya bilər. Bununla Milli Məclisdə təmsil olunan partiyaların nüfuzuna xələl gətirir. Bu günə qədər keçirilən seçkiləri və Milli Məclisin legitimliyini şübhə altına alıb. İntizam komissiyasının sədr müavini kimi təklif edirəm ki, məsələnin intizam komissiyasında baxılmasına şərait yaradlsın".