Arayik Arutunyan Laçın yolunda həbs edilməlidir - ÖZƏL

"Ermənistanla sərhəddə Laçın yolunda Nəzarət Buraxılış Postu qoyulduqdan sonra Ermənistan vətəndaşlarının Azərbaycan ərazisinə sərbəst giriş- çıxışının qarşısı alındı. Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edərək yeni təxribatlara hazırlaşırdı". "Olaylar" xəbər verir ki, bunu deyən poliroloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Ermənistan tərəfi öz istiqamətində nəzarət buraxılış məntəqəsi qurub. Bununla Ermənistan öz vətəndaşlarının Qarabağa keçidinə imkan verməyəcək:

"Məhz Azərbaycan Laçın yoluna nəzarəti  bərpa etməklə, Yerevanın  planın qarşısını qətiyyətlə almış oldu. Məhz Türkiyədə seçkilərdən əvvəl Laçın yolunda NBM qurulması  strateji cəhətdən Azərbaycanın növbəti perspektivdə mövqeyini güclənməsinə gətirəcək. Qeyd edim ki, Xankəndində oturan separatçıların Ermənistana sərbəst giriş -çıxışının qarşısı alınması labüddür. İlk növbədə  Azərbaycan separatçıların rəhbəri Arayik Arutunyanı beynəlxalq axtarışa verib. Onun barəsində ikinci Qarabağ müharibəsində ölkəmizə qarşı hərbi cinayətlərinə görə cinayət işi açılıb. Arayik Arutunyan NBM keçdikdə onun saxlanması reallaşmalıdır. Əks təqdirdə cəzasızlıqdan istifadə edərək Xankəndində ölkəmiz əleyhinə təxribatlarını davam etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31