Ermənistan cəmiyyəti və siyasiləri arasında revanşist meyilləri artır - ÖZƏL

"Ermənistan və Hindistan hərbi-siyasi əlaqələri fonunda İrəvan rəhbərliyi du dəfə Hindistan müdafiə sənayesi istehsalı olan MArG 155/39 haubitsalarını əldə etmək istəyir. Bir neçə gün öncə Ermənistan ordusunun baş qərargah rəisi Edvard Asryanın Dehliyə səfəri zamanı məlum sistemlərin alımı barəsində ilkin razılıq əldə olunub". Bu fikirləri OLAYLAR-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, görünən odur ki, Ermənistanın Hindistandan silah alımı artıq ənənə halını alıb və İrəvan odunun bütün ehtiyaclarını bu ölkənin  hərbi texnologiyası hesabına qarşılamaq istəyir:

"İndiki vəziyyətdə bir çox suallar yaranır ki, Ermənistanın silsilə və kifayət qədər böyük məbləğlərdə silah alımları nəyə hesablanıb və ölkənin iqtisadi reallıqları fonunda Paşinyan hökuməti bu qədər vəsaiti hardan təmin edir?

Ən son baş verən proseslər, erməni təxribatları onu deməyə əsas verir ki, İrəvan rəhbərliyinin Azərbaycanla mümkün sülh müqaviləsi haqqında səsləndirdiyi fikirlər heç də səmimi deyil və daha çox vaxt qazanmağa hesablanmış siyasi gedişlərdir.

Ermənistan rəhbərliyi alınan silahlarla yanaşı ordunun döyüş qabiliyyətini artırmaq üçün müxtəlif özəl hərbi şirkətləri ölkəsinə dəvət edir və həmin şirkətlər erməni ordusunun hərbə hazırlıq səviyyəsini yüksəltmək üçün bəlli bir məbləğ müqabilində xidmət göstərir".  

AVP rəsmisinin qənaətinə görə, müşahidələr onu deməyə əsas verir ki, erməni cəmiyyəti və siyasi elitası arasında revanşist meyllər artır və alınan silahların xarektiriktikası bizləri bu qənaətə gətirir ki, qarşı tərəf ciddi səylə yeni müharibəyə hazırlaşır:

"Həmçinin, Azərbaycan və Türkiyənin regionda artan nüfuzunu qəbul etməyən qüvvələrin Ermənistana maliyyə dəstəyi verməsi istisna deyil. 

Məsələnin Hindistan seqmentindən şərhinə gəldikdə isə Narendra Modi hökuməti Ermənistan kimi kiçik bazarlara açılmaqla ölkəsinin silah ixracını artırmağa çalışır və bu tip ixrac əməliyyatlarını reklam etməklə digər potensial müştəriləri cəlb etmək istəyir. Dehli rəhbərliyi Rusiyanın  Ukrayna müharibəsindən dolayı silah bazarından çəkilməsini fürsət kimi qiymətləndirir və yaranmış situasiyadan istifadə etməklə silah satışından gələn gəlirləri artırmaq üçün çalışır. Eyni zamanda, Azərbaycanın və Türkiyənin Camu və Kəşmir məsələsindəki siyasi tutumu və Pakistanla olan qardaşlıq əlaqələrinə qarşılıq olaraq Hindistanın Ermənistana siyasi və hərbi dəstək göstərməsi Modi hökumətinin maraqları çərçivəsindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31