Ukraynalı parlamentarilər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla  parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri fevralın 28-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Nümayəndə heyəti, əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Ukrayna  ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31