İranın terrorçuya dəstəyi ənənəvi haldır - ÖZƏL
28 Fevral 2023 15:16 Siyasət"Adını İslam Respublikası qoyub, lakin realda İslamla heç bir bağlılığı olmayan, əksinə müsəlmanları, din qardaşlarını qətlə yetirən xristinalar, terrorçulara arxa-dayaq olmaq İranın köhnə adətidir. Tehranın İrəvana qarşı olan isti münasibəti fonunda bunu aydın görmək mümkündür". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı İranın İkinci Qarabağ müharibəsi zamanı yaralanmış erməni hərbiçiləri ölkəsində reablitasiya edəcəyi barədə açıqlamasına münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, İran Azərbaycana düşmən olan, ərazimizi təhdid edən, insanlarımızı qətlə yetirən xristian ermənisinə əlindən gələn dəstəyi verir ki, Azərbaycana qarşı daha aqressiv olsun, ölkəmizi təzyiq altında saxlasın:
"Bu günlərdə Ermənistanda səfərdə olan İranın osial rifah naziri Seyid Sultan Murtuzavinin açıqlaması bunu bir daha təsdiqləyir. Murtuzavi deyib ki, İran 2020-ci ildə Qarabağda müharibə zamanı yaralanaraq əlil olmuş erməni hərbçilərinə reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır. Bu da bir daha İranın Azərbaycan üçün nə dərəcədə təhlükəli düşmən olduğunu təsdiqləyir. Daha dəqiq desək İran da Azərbaycana Ermənistan qədər təhlükəli düşməndir".
İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, İranın nə etməsindən, Ermənistana hansı dəstəyi verməsindən asılı olmayaraq bu ölkənin artıq Azərbaycana qarşı hansı bir təhdid yarada biləcəyi İran mollalarının gördüyü yuxudur.