Nəzarət məntəqələri Laçın yolu ilə yüklərin, mülki şəxslərin hərəkətində şəffaflığı təmin edə biləcək - Nazir
28 Fevral 2023 14:26 SiyasətErmənistan tərəfi Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın tələblərinə məhəl qoymamaqda davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov çərşənbə axşamı Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin son iki ildə etdiyi sui-istifadələr təkrarlanmamalıdır.
"Nəzarət məntəqələri Laçın yolu ilə yüklərin, mülki şəxslərin hərəkətinin şəffaflığını təmin edə biləcək", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31