Milli Məclisdə Meksika parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
28 Fevral 2023 13:31 SiyasətMilli Məclisdə Meksika parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib: "Ölkəmizdə rəsmi səfərdə olan Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı nümayəndə heyəti ilə ölkəmiz arasında olan münasibətlərdən, bu münasibətlərin inkişafında parlamentalarsı dostluq qruplarının verdiyi töhfədən danışdıq. Eləcə də, Ermənistanın hələ də Azərbaycan ərazilərində ekoloji terrorun həyata keçirilməsini qeyd edərək, ekofəalların iki aydan artıqdır ki, Laçın-Xankəndi yolunda dinc aksiya keçirməsini bildirdim. Aksiyanın olmasına baxmayaraq, Ermənistanın hələ də öz cinayət əməllərinə davam etməsini qeyd edərək, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə əsassız olaraq müraciət etməsini və məhkəmə tərəfindən iddiaların rədd edilməsini qonaqların diqqətinə çatdırdım. Eləcə də, qeyd olunan yolda həyata keçirilən monitorinqin nəticələrinin beynəlxalq ictimaiyyətə açıq olmasını, yoldan humanitar yardımın daşınmasını, eləcə də, xəstələrin təxliyəsinin həyata keçirilməsini bildirdim".
