Xocalı faciəsi xalqımızı daha da mətinləşdirdi - ÖZƏL

"Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.

Lavrovun səfəri Ermənistanla-Azərbaycan arasında gedən intensiv danışıqlar prosesi ilə bağlıdır - ÖZƏL

Elə bu səbəbdən o gecə dəhşət yaşadı Xocalı". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin sözlərinə görə,  elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi: "Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31