Azərbaycan bayrağı altında yaşamaq istəyən haylara təhlükəsizlik və əmin-amanlıq vəd edilir - ÖZƏL

"Prezident İlham Əliyev dünən açıq şəkildə bildirdi ki, Rusiyanın Qarabağdakı hərbi kontingenti 2025-ci ildə oranı tərk etməli olacaq.  Yəni rəsmi Bakının mövqeyi qətidir və bütün cəhdlərə rəğmən onların Qarabağda qalma vaxtları uzadılmayacaq". Bunu "Olaylar"a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Qarabağ  üzərində Azərbaycanın suverenliyini tanımaq istəməyən hayların onlar üçün  ən yaxşı halda  3 illəri var:  "Dövlət başçımızın təbirincə desək, Laçın yolu açıqdır, bu müddətdə rədd olub gedə bilərlər. Azərbaycan bayrağı altında yaşamaq istəyənlərə isə  digər vətəndaşlarımız  kimi təhlükəsizlik, azadlıq və əmin-amanlıq vəd edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31