Paşinyan hələ də anlamaq istəmir ki... - ÖZƏL

"Ermənistan baş naziri Paşinyan dünən mətbuat konfransı keçirib. Məqamlar çox olsa da iki məqamı nəzərdən qaçırmaq olmaz. Birincisi, Qarabağın dünya dövlətləri tərəfindən Azərbaycanın tərkibində olması barədə. İkincisi isə Paşinyan Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırıb. Bir azda irəli gedərək Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur- fikrini təlqin etməyə başlayıb". "Olaylar"ın məlumatına görə, Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli qeyd edib ki, Paşınyanın düşüncəsinə görə Laçın Xankəndini birləşdirən yolda azərbaycanlı ekaloji fəallara qarşı güc tətbiq etməyibsə, üstəlik Azərbaycanla təmas xəttindəki döyüşlərdə Ermənistanı dəstəkləməyibsə, demək İrəvanın belə bir müttəfiqə ehtiyacı yoxdur: "Paşınyan bunları deməklə hələ də anlamaq istəmir ki, daha Azərbaycan keçmişdə olan Azərbaycan deyil. Neçə illərdi rusun kölgəsindən Xocalımızın uşaqlarını qıran, Qarabağda soyqırım edən ermənilərə cavab verməyə qadir Azərbaycan ordusu, Azərbaycan xalqı var.Paşinyan  çox danışdıqca daha çox ziddiyətli açıqlamaq verir.Paşinyan bir azda irəli gedərək Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur deməsi fikri, Kremldə İrəvanın Rusiya ilə münasibətlərdə vəziyyətin daha da ağırlaşacağndan xəbər verir. Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistanı həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxararsa, həm də Rusiyanın hərbi bazasını ləğv edərsə, bunun Cənubi Qafqaza faydası olacaq. Amma bunları edə bilmək üçün zamanı çatacaqmı? Bunu isə zaman göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31