Ermənistan vaxt itirmədən üçtərəfli bəyanatın şərtlərinə əməl etməlidir - ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanmış üçtərəfli bəyanatdan 2 il keçsə də, hələ də İrəvan bəyanatın şərtlərindən irəli gələn addımları atmır, ona əməl etmir. Bu isə öz-özlüyündə Ermənistan rəhbərliyinin sülh müqaviləsindən yayındığı reallığını ortaya qoyur". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Ermənistan üçtərəfli bəyanata əməl etməməklə eyni zamanda, Rusiyanın regiondakı nüfuzu və reytinqini yerə vurmuş olur: "Ermənistanın üçtərəfli bəyanata əməl etməməsi bir tərəfdən İrəvanın sülh müqaviləsindən yayınmasıdırsa, digər tərəfdən bu ölkənin Kremlə qarşı dirəniş göstərməsi, Rusiya prezidenti Vladimir Putinin imzasına hörmətsizlik etməsidir".
Analitik Qrup hesab edir ki, Ermənistan vaxt itirmədən üçtərəfli bəyanatın şərtlərinə əməl etməlidir: "Əks təqdirdə bu Ermənistan üçün yaxşı nəticələr vəd etmir".
Qeyd edək ki, 11 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31