Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi siyasəti davam etdirilir - ÖZƏL
11 Yanvar 2023 11:22 SiyasətPrezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində qeyd edib ki, bu il ərzində orta aylıq əməkhaqqı da artacaq: "Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq". "Olaylar" xəbər verir ki, bu fikirlər Azərbaycanın sosial dövlət olmasının mahiyətindən irəli gəlir: "Məlum olduğu kimi sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz bu səbədən Prezident İlham Əliyev ölkənin sosial siyasətini müəyyənləşdirən zaman ölkənin real iqtisadi imkanlarını nəzərə alaraq müvafiq normativ-hüquqi bazanın yaradılmasına önəm verir. Bu isə o anlama gəlir ki, dövlət başçısının sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu amil isə ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və ən nəhayət əldə olunan iqtisadi dividendlərin əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsində real ifadəsini tapır. Təsadüfi deyil ki, hazırda Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Bunun fövqündə Prezidentin yeni sosial paket olaraq təqdim olunan sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Hazırda ölkəmizin əsas inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan təkrarolunmas sosial siyasətə malik ölkədir" .