Fuad Nəcəfli Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi islahatlar və müəyyənləşdirdiyi milli prioritetlərin ölkəmizi yeni inkişaf dövrünə çıxardığını deyib.

Bildirilib ki, makroiqtisadi inkişafda dayanıqlılığın təmin edilməsi, iqtisadi potensialın artması Azərbaycanın dünya birliyində həm inteqrasiyasını, eləcə də mövqeyini daha da gücləndirməkdədir. Bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur. Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31