Mənim ulu babalarım da erməni vəhşiliyinin qurbanına çevrildilər - ÖZƏL

"XIX əsrin sonları, XX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası istər Osmanlı, istər İran, istər Yaxın Şərqin digər bölgələrində yaşayan ermənilərin Azərbaycanın qərb bölgəsində, daha dəqiq desək, İrəvan və ətrafında olan ərazilərə köçürülməsi prosesini sürətləndirdi. Bunu o qədər sürətlə həyata keçirdi ki, nəticədə əhalinin etnik tərkibi həmin ərazidə dəyişdirilməyə başlandı və elə bir şərait yaradıldı ki, artıq 1905-1910-cu illərdə və daha sonra 1920-ci illərdə ermənilərin kütləvi şəkildə azərbaycanlılara qarşı vəhşiliyi, qətlləri, kəndlərin yandırılması, abidələrin dağıdılması prosesi sürətləndirildi.
Bu proses sonra 1928-1929-cu illərdə baş verdi. ".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O, qeyd edib ki, hətta onun ulu babaları da bu erməni vəhşiliyinin qurbanına çevriliblər:
"Daha sonra 1947-ci ildə bu proses baş verdi. 1922-ci ildə Sovet hökuməti quruldu və sonra Azərbaycanın əbədi və əzəli torpaqları olan Zəngəzur ərazisinin Azərbaycandan zorla qopardılaraq Sovet hökuməti tərəfindən Ermənistan ərazisinə daxil edilməsi baş verdi. Bu da təbii ki, Azərbaycanın icazəsi olmadan baş verən bir proses idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31