Ermənistan KTMT-dən çıxır?

Ermənistanın KTMT-dən çıxması üçün prosesə start verilib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi KTMT-ni təşkilatın təlimlərinin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə xəbərdar edib.

Xatırladaq ki, daha əvvəlki dönəmlərdə Ermənistan baş naziri Nikol Paşinyan müxtəlif vasitələrdən istifadə edərək KTMT-dən Azərbaycana qarşı istifadə etməyə cəhd göstərmişdi. Bu uğursuz cəhdlərindən sonra isə Paşinyan hakimiyyəti KTMT-dən çıxmaq yolunda irəliləyir.

Ermənistan Müdafiə Nazirliyinin müvafiq xəbərdarlığı da bu prosessin növbəti sübutudur.

Qeyd edək ki, ötən ay Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid edib, hətta təhdid etməkdən də çəkinməmişdi. Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək Qarabağa digər beynəlxalq təşkilatların, BMT-nin sülhməramlılarının gətirliməsini təklif etmişdi.

Son hadisələr onu göstərir ki, Paşinyan hakimiyyəti KTMT-dən çıxmaq və anti-Rusiya mövqeyini daha da artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31