Sahibə Qafarova İranlı spikerin layiqli cavabını verdi - ÖZƏL

Xəbər verildiyi kimi Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) növbəti iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova İran İslam Respublikası Parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşüb. Görüş zamanı Azərbaycanla İran İslam Respublikası arasında son dövrlər cərəyan edən proseslər müzakirə olıunub. İranlı spiker yenə də əvvəlki yüksək səviyyəli nümayəndələr arsında keçirilən görüşlərdə olduğu kimi regionda sərhədlərin dəyişdirilməsinin İran üçün qəbulolunmaz olduğunu təkrar edərək yarım saat ərzində Azərbaycanla İran arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin zərurəti haqqında danışıb. O deyib:"Bizim bir-birimizlə regional və qlobal səviyyədə yaxşı münasibətlərimiz ola bilər, region ölkələri bir-birinə nə qədər yaxın olsalar bu region üçün o qədər yaxşıdır. Regiondankənar qüvvələr bu sahəyə müdaxilə etməli deyil."
Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, Azərbaycan Parlamentinin spikeri İranlı tərəf müqabilini diqqətlə dinləyib və onun çıxışında toxunduğu məsələlərə öz münasibətini və Azərbaycan hökumətinin mövqeyini bildirib. Sahibə xanım İranın məhz nədən Ermənistanla sərhədlərin dəyişilməsinin İran tərəfindən qəbul edilməz olduğunun, Azərbaycanın İranla 30 il ərzində pozulmuş sərhədlərinin qəbuledilən olduğunun səbəblərini soruşub. Təbii ki, İranlı Spiker Sahibə Qafarovanın sualları qarşısında cavab verə bilməyib: "Sahibə Qafarovanın  Məhəmməd Baqir Qalibafı çətin vəziyyətə salan təkcə bu sualı olmayıb. Sahibə xanımın "Biz müsəlmanıq və İran əhalisinin əksər hissəsi Azərbaycan dilində danışır"- deməsi bütün İran siyasətçilərinin Azərbaycana qarşı irəli sürdükləri yersiz iddia və böhtanların ən qısa və lokonik cavabı idi. Bu cümlə İranın Ermənistanın arxasında dayanmasının nə qədər utancverici və iyrənc olduğunu, molla rejiminin müsəlmanları deyil digər dinin işğalçı və separatçı nümayəndələrini dəstəkləməsinə ən ağır ittiham idi.  Bu cümlə ilə Spikerimiz İran rejiminin iç üzünü çox ustalıqla açıb göstərdi. Cümlənin növbəti hissəsində isə İran tərəfinə diplomatik dillə xəbərdarlıq var. İran spikerinə ölkəsinin əhalisinin yarıdan çoxunun Azərbaycan dilində danışmasının xatırladılması həm də xəbərdarlıqdır. Ümid edirik ki, bu və bu qəbildən olan xəbərdarlıqlardan İran rejimi nəhayət nəticə çıxararaq Azərbaycanla səmimi münasibətlərə başlayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31