Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur- ÖZƏL
10 Yanvar 2023 11:28 Siyasət"Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirlərini həyata keçirib və əhalinin sosial rifah halı daha da yaxşılaşıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bu günlərdə cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin icrası nəzərdə tutulub: "Belə ki, minimum əmək haqqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur. Ötən il sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parklarının yaradılması davam etdirilib".