Krım bu münaqişənin açar nöqtəsidir- ÖZƏL

"Geosiyasi durumun Rusiyanın əleyhinə olduğu aydındır. Eyni zamanda, Rusiyanın Türkiyənin də ona dəstək verəcəyini bildiyi üçün R.T.Ərdoğanın vasitəçiliyi ilə V.Zelenski ilə danışıq aparıb, bir sıra qarantiyalar almaq şərtilə müharibəni dayandırması son anda Amerikanın planlarına zərbə olar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Rusiya müharibə öncəsi irəli sürdüyü tələblərə nail olarsa, bu müharibənin qalibi ola bilər: "Əsas odur ki, istəklər yerinə yetirilsin. Şərt deyil ki, tərəflərdən biri tam qələbə qazansın. Rusiya Ukraynanın NATO-ya girmək istəməyəcəyini və Donbasda, Luqanskda yaşayan rusdilli əhaliyə status verilməsi və təhlükəsizliyini təmin etməsi qarantiyası altında Ukraynadan çəkilə bilər".
Azər Qasımov qeyd edib ki, Krım bu münaqişənin açar nöqtəsidir: "Ukrayna böyüklük edib, Krımı Rusiyaya güzəştə getsə, hesab edirəm ki, münaqişə bu yolla həll edilə bilər. Türkiyənin bu istiqamətdə çalışması mütləqdir. Çıxış yolu ancaq budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31