Azərbaycan-Türkiyə münasibətləri inkişaf dövrünü yaşayır- ÖZƏL

"Azərbaycanla münasibətlər və əməkdaşlığımız tariximizn ən üst pilləsinə yüksəlib". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti iclasının nəticələrinə dair açıqlamasında bildirib. O, həmçinin  qeyd edib ki, Türkiyə regionda və dünyada sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. "Olaylar"ın məlumatına görə, Azərbaycan-Türkiyə münasibətləri dərik tarixi köklərə malikdir: "Azərbaycanla Türkiyə arasında əlaqələr  uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Hazırda dünya ölkələri arasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlət yoxdur.  Nəzərə almaq lazımdır ki, eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din,  ortaq folklor  Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Məhz bu səbədən Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Bu əlaqələri təsdiqləyən kifayət qədər tarixi faktlar mövcuddur. Hazırda da iki qardaş dövlət beynəlxalq aləmdə bir-birinin maraqlarının müdafiəsi istiqamətində səylərini artırmaqdadırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirib: "Türkiyə-Azərbaycan əlaqələri  ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31