Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb - FOTO
10 Yanvar 2023 10:33 SiyasətAsiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. Olaylar xəbər verir ki,
görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.

