Paşinyan Rusiya düşmənlərinin sifarişlərini həyata keçirməklə məşğuldur- ÖZƏL
10 Yanvar 2023 10:05 Siyasət"Paşinyan hakimiyyəti artıq açıq şəkildə Rusiya düşmənlərinin sifarişlərini həyata keçirməklə məşğuldur. Bütün bunlar Rusiyanın siyasi dairələrinin gözündən qaça bilməz". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu kimi hərəkətlər, Rusiyanı Azərbaycana qarşı daha sərt olmağa məcbur qoyacağını düşünən, ABŞ və Rusiya arasında manipulyasiya etməyə cəhd göstərən Ermənistan hökumətini, Laçın dəhlizində Azərbaycanın daha bir ciddi səbəblər yaradan addımı ilə qarşı-qarşıya qoydu: "Fransanın Ermənistan üzərindən Rusiyaya qarşı yürütdüyü siyasətin ağır bədəlini, Rusiya Ermənistana bağışlamaz, bu birmənalıdır. Çünki, Rusiyanın siyasi dairələrində hamı bilir ki, Ermənistan Rusiyanın əsiridir və onu öz malı kimi istifadə etmək hüququna malikdir"