"Müsəlmana ondan çörək və yardım istəyən birisinə “yox” demək yaraşmaz” - VİDEO
9 Yanvar 2023 20:53 SiyasətBir neçə gün öncə Azərbaycan postlarından birinə yaxınlaşan erməni hərbçilərimizdən yardım istəyib.
Olaylar.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni buraxılışında Samit Əliyev məlumat verib.
"Yaşlı kişi Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yerləşən yaşayış məntəqəsindən gəlib. O, ac və xəstə olub. Bizimkilər isə tamamilə doğru olaraq ona nə ilə mümkünsə kömək ediblər. Çörək, hətta siqaret də veriblər. Çünki bir kişiyə, xüsusilə də müsəlmana ondan çörək və yardım istəyən birisinə "yox" demək yaraşmaz", - videomaterialda bildirilib.
Daha ətraflı "Caliber"in yeni buraxılışında:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31