Ərdoğan Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolundan danışdı
9 Yanvar 2023 15:03 SiyasətTürkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu ilə dünyada müharibə texnikalarını dəyişir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nəsil haubitsaların təqdimat mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, haubitsalar Türkiyənin gücünə güc qatacaq.
"20 il əvvəl cəmi 248 milyon dollar olan müdafiə ixracımız keçən il 4 milyard 400 milyon dollarla rekord qırdı. 2002-ci ildə müdafiə sənayesində cəmi 56 şirkət fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2 mini keçib. Müdafiə sənayesində tədqiqat və inkişafa ayrılan illik büdcənin 49 milyon dollardan 1,5 milyard dollara yüksəldiyi günlərə çatdıq", - R. T. Ərdoğan əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31