Bu ayın sonunadək Ermənistan tərəfi ilə növbəti raund danışıqlar aparacağımızı istisna etmirəm - Nazir

Bu ayın sonunadək yenidən Ermənistan tərəfi ilə görüşüb növbəti raund danışıqları aparacağımızı istisna etmirəm.

Olaylar.az bildirir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bütün təşəbbüslər Azərbaycan tərəfindən həyata keçirilib. Sülh sazişinin təşəbbüskarı da ilk gündən Azərbaycan tərəfi olub.

"Bu ayın sonunadək yenidən Ermənistan tərəfi ilə görüşüb növbəti raund danışıqları aparacağımızı istisna etmirəm. Oktyabrın 2-də bu sahədə danışıqlarda layihəni də ölkəmiz hazırlamışdı. Ermənistan bir dəfə öz şərhlərini verib. Sonra Azərbaycan tərəfi öz növbəti təkliflər paketini Ermənistan tərəfinə göndərib. Aramızda ilkin ünsiyyət olub", - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31