Azərbaycan istənilən formatda görüşülərin keçirilməsini dəstəkləyib - Nazir

Azərbaycan tərəfi istənilən formatda görüşülərin keçirilməsini dəstəkləyib.

Olaylar.az bildirir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, görüşdə böyük nailiyyət olmasa belə, görüş çərçivəsində danışıqlarda bir sıra məslələr barədə açıq dialoqu müsbət hesab edirik.

"Qarşı tərəfin də (Ermənistan-red) buna eyni məsuliyyətlə yanaşması və götürülən öhdəliklərin yerinə yetirilməsi yaxşı olardı. Qarşı tərəfdən rasional və xoşniyyətli yanaşma olsaydı, iki il ərzində əldə etdiyimiz proqres daha əhəmiyyətli olardı", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31