"Yaxın zamanlarda rus-erməni birliyindən yeni təxribatlar görə bilərik"- ÖZƏL
15 Dekabr 2022 16:47 Siyasət"Qarabağda yaşanan son proseslər göstərir ki, bölgədə vəziyyət kifayət qədər qarışıq hal alıb. Qarabağda nəzarəti əldən vermək istəməyən Rusiya öz maraqlarını hər vəchlə qorumağa çalışır. Bu isə, Azərbaycanda separatizmə dəstək verməklə paralel şəkildə davam edir. Məhz bu səbəbdən Azərbaycan Qarabağda nəzarəti de-fakto öz əlinə almaq istəməkdədir. Amma görünən odur ki, Rusiya tərəfi "sülhməramlı missiya" bəhanəsi ilə Azərbaycanın suverenliyinin təmin edilməsini əngəlləməyə davam edəcək.
Azərbaycan tərəfi qərarlılığını artırdıqca, bölgədəki rus-erməni qüvvələri yeni təxribatlar təşkil edərək çıxış yolu axtarmağa çalışacaqlar. Yenidən kiçikmiqyaslı qarşıdurmalar təşkil oluna bilər. Hətta bu kimi qarşıdurmaların sülhməramlı missiyanın yerləşmədiyi kənar bölgələrdə təşkili daha gözləniləndir. Bununla da hadisələri və diqqəti Laçın yolundan başqa istiqamətə yönləndirmək hədəflənəcəkdir".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Amma Azərbaycan tərəfi artıq qəti şəkildə öz torpaqlarına de-fakto nəzarət etməyi qarşısına məqsəd qoyub. Belə bir halda kənardakı təxribatlar, yaxud diplomatik masada yalançı vədlər Bakını yolundan döndərməyə bəs etməyəcək. Onsuz da biz artıq bütün bu yalanlara alışmışıq və artıq Bakıda kimsə bu vədlərə inanmır".