Hər şey öz adı ilə çağırmağın zamanı yetişib - ÖZƏL

"Azərbaycan sərvətlərini talamaq, Qarabağda ekoloji terror həyata keçirmək birbaşa Rusiyanın göstərişidir və bu göstərişi də Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri, separatçıları həyata keçirirlər". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib.  O bildirib ki, artıq hər şey öz adı ilə çağırmağın zamanı yetişib: "Sülhməramlılar necə ola bilər ki, Rusiyanın siyasətinə qarşı çıxa bilər? Təbii ki, bu mümkün deyil. Deməli, bu birbaşa Rusiyanın siyasətidir və həmin siyasəti də sülhməramlılar icra edir".

Arzuman Muradlı hesab edir ki, bundan dolayı artıq Rusiya da Azərbaycan və Ermənistan arasında vasitəçilik edə bilməz: "Çünki Rusiya artıq bu hüququ itirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31