Azərbaycanın haqlı davası bütün türk dünyasında dəstək qazanır - ÖZƏL
15 Dekabr 2022 14:10 Siyasət"Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ümumilikdə Azərbaycan xalqının ekoloji terrora son şüarı altında Şuşada, Xankəndi-Laçın yolunda keçirdiyi dinc aksiyanı dəstəkləyir, Azərbaycan xalqının yanında olduğumuzu bəyan edirik". Bu fikirləri "OLAYLAR"-a Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın səsləndirib. Təşkilat sədri qeyd edib ki, Hollandiyada fəaliyyət göstərən Azərbaycan təşkilat və cəmiyyətləri də bu ölkədə sözügedən aksiyaya dəstək məqsədilə bəzi addımlar atıblar: "Belə ki, Hollandiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyət və təşkilatları olaraq Haaqadakı Rusiya səfirliyinə gedərək sülhməramlıların Qarabağdakı fəaliyyətsizliklərindən narahatçılığımızı bildirdik və Üarabaöda ekoloji terrora son şüari altında Şuşada keçirilən aksiya iştirakçılarına dəstək olduğumuzu ifadə etdik: "Azərbaycanın haqlı davası artıq sərhədləri aşıb və bütün türk dünyasında dəstək qazanır".