Ekoloji terrora davamlı etirazlar QHT potensialını  bir daha ortaya qoydu- ÖZƏL

"Şuşa -Xankəndi yolunda Vətəndaş cəmiyyəti nümayəndələrinin ekoloji terrora etiraz aksiyası davam etməkdədir. Belə bir zəruri prosesdə iştirak etmək mənim üçün mənəvi rahatlıqdır, qürurlu addımdır. Bu işdə dəstəyi olan hər kəsə təşəkkürümüzü, xoş arzularımızı çatdırırıq. Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, Şuşanın xoş aurası, Azərbaycan insanının  fədakarlığı, torpağa nə qədər bağlığı aksiya iştirakçısı olaraq bizə bütün çətinliyi unutdurdu. İqlim şəraitinin, havanın necə olmasından asılı olmayaraq biz etiraz aksiyalarında iştirak etməkdən qürur hissi keçirdik". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz aksiyası QHT sektorunun potensialını ortaya qoydu. Bu, bir daha sübut etdi ki, Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutları bir çox zəruri işləri görmək gücündə olan əhəmiyyətli sahədir. Bu sektordan millətin, dövlətin, cəmiyyətin inkişafı üçün istifadə etmək çox effektiv nəticələr verər: "Nəhayət çox konfiqurasiyalı siyasət həyata keçirən, sülh danışıqlarında  imitasiya ilə məşğul olan  Rusiya, Ermənistan və onun havadarları Şuşa -Xankəndi yolunda Vətəndaş cəmiyyəti nümayəndələrinin ekoloji terrora etiraz aksiyasından nəticə çıxarmalıdırlar. Tarixi torpaqlarımızın lap kiçik  bir hissəsini də olsa işğalda saxlamaq cəhdi, sülh imitasiyası, sabitliyə əngəl olacaq məkrli addımlar, hədə-qorxular Azərbaycan insanını hədəfdən yayındıra bilməyəcək. Bütün məkrli planlara baxmayaraq, Azərbaycan insanı hər zaman dəyərlərinə sadiqdir, torpağına bağlıdır. Hər dəfə işğaldan azad olunmuş ərazilərdə gedərkən vaxtılə düşmən tərəfdən dağılmış yurd yerlərini görəndə əliqabarlı azərbaycanlı gözümün qarşısına gəlir. Məkrli qüvvələri lətənləyərək düşünürəm ki, hər bir cinayətin cəzası olmalıdır.  İstər ekologiyaya, istər yurd yerlərinə, istərsə insanlığa qarşı törədilən cinayət əməlinə görə, hər kəs cavab verməlidir. Bu gəlişigözəl ifadə deyil. Cinayət əməli cəzasız qalanda fəlakət olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31