Sülhməramlılar bütün normaları aşır - ÖZƏL

"Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları bütün normaları aşaraq öz üzərilərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə Ermənistanın, Qarabağdakı separatçıların maraqlarına xidmət edən fəaliyyətlər həyata keçirirlər".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan "OLAYLAR"-a daxil olan açıqlamada qeyd edilib ki, bu günlərdə Qarabağdakı ekoloji vəziyyətin monitorinqini həyata keçirmək üçün əraziyə səfər edən Azərbaycanın hökumət nümayəndələrinin fəaliyyətinə separatçıların maneçilik törətməsi belə deməyə əsas verir:

"Əslində separarçılar bunun tamamilə əksinə, Azərbaycan hökumət nümayəndələrinin fəaliyyətinə şərait yaratmalı, onların monitorinq aparması üçün təhlükısizliyi təmin etməli idi. Lakin hərbi kontingent bunun tamamilə əksini etdi və erməni separatçılarının tələbi əsasında monitorinqin həyata keçirilməsinin qarşısını aldı. Bu da bir daha onu deməyə əsas verir ki, Rusiya sülhməramlıları Qarabağda sülhün və təhlükəsizliyin təmin olunması deyil, gərginliyin artması üçün çalışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31