Metsamor terrorunun bənzəri Qarabağda həyata keçirilir - ÖZƏL

Qarabağda ermənilərin həyata keçirdiyi ekoloji terrora qarşı Rusiya sülhməramlılarının səssizlik nümayiş etdirməsinə, Azərbaycanən hökumət nümayəndələrinin orada monitorinq aparmasına sülhməramlıların separatçılarla birlikdə mane olmasına etiraz olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarının keçirdiyi aksiyaya qardaş Türkiyədən də dəstək gəlib. 
"OLAYLAR"-ın xəbərinə görə, Ankara  Turk Birliyinin sədri, Zəfər Partiyasının mərkəzi idarə heyətinin üzvü Dr.Derya Akdemir azərbaycanlı QHT təmsilçilərinin etiraz aksiyasını təqdir edib və sülhməramlıların bundan nəticə çıxarmasını vurğulayıb: "Türkiyə üçün ciddi təhdid olan Metsamor terrorunun  bir bənzəri hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağda həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31