General Volkov ekoloqlarımıza qarşı zirehli texnika yolladı

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

Olaylar.az bildirir ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin (RSQ) komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb etsələr də, Volkov hələ də hadisə yerinə gəlməyib.

Əvəzində hadisə yerinə RSQ-nin əlavə canlı qüvvəsi və zirehli texnika gətirilib.

 

Azərbaycan Qeyri-Hökumət təşkilatlarının (QHT) bugünkü aksiyasının əsas səbəbi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ətraf mühitlə bağlı vəziyyətin, həmçinin "Qızılbulaq", "Dəmirli" qızıl və mis-molibden yataqlarında həyata keçirilən faydalı qazıntıların qeyri-qanuni istismarı ilə ətraf mühitə vurulan mümkün ziyanla bağlı monitorinqin keçirilməsi tələbidir.

Aksiya iştirakçıları ilk növbədə Rusiya sülhməramlı kontingentin komandanı Andrey Volkovun bura gəlməsini tələb edirlər və öz etirazlarını şəxsən ona bildirmək istəyirlər.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31