Rusiya Qarabağda Azərbaycana qarşı çirkli oyun hazırlayıb - ÖZƏL

"Rusiya Ruben Vardanyanı Qarabağa göndərməklə Azərbaycana təzyiq etmək və öz ordusunun qalıcılığını qorumağa çalışır. Rusiya 10 noyabr Birgə Bəyannaməsinə və 22. 02. 2022-ci il Moskva Bəyannaməsinə zidd olaraq Qarabağda silahlı separatizmi körükləyir, silahlı erməni birləşmələrinin lojistikasını təmin edir. Belə olan təqdirdə Azərbaycan Moskva Bəyannaməsindən çıxmalıdır. Rusiya öz imzasına hörmət etməyən dövlətdir və Azərbaycana qarşı Qarabağda çirkli oyun hazırlayıb". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq, MCP sədrinin muavini Məhəmməd Əsədullazadə qeyd edib ki, Xankəndində Ruben Vardanyan gələn il separatçıların rəhbərliyinə gətiriləcək. Bundan sonra Rusiya buradakı ermənilərə pasport paylayacaq. Qeyd edim ki, Rusiya Donbasda münaqişəli ərazilərdən qaçqın rusları Qarabağa gətirərək qondarma  "Rus icmasının" sayını artırır. Məhz Rusiya qondarma rus icmasına pasport paylamaqla "öz vətəndaşlarını" qorumaq adı ilə Azərbaycanın hərbi əməliyyatlarına mane olacaq.  Rusiya Qarabağı nə Ermənistana, nə də Azərbaycana güzəştə getməyi planlamır. Birbaşa Moskvaya tabe edərək iki ölkə arasında düşmənçiliyi davam etdirib, sülhün əldə edilməsinə mane olacaq. Məhz Ruben Vardanyanı ona görə Qarabağa göndərib. Artıq silahlı erməni briləşmələri mütəmadi Şuşanı, Füzulini, Ağdamı atəşə tutur. Bu, o deməkdir ki, Azərbaycanın  bu ərazilərdə məskunlaşmasına mane olmaq və təhlükəsizliyin təmin edilmədiyini göstərməkdir. Rusiya Azərbayacanın məskunlaşma siyasətinə qarşı əməlli başlı dirəniş göstərir. Azərbaycanın bir yolu var-Hərbi əməliyyatlara başlamaq. 
Ümumiyyətlə, Rusiya ilə danışıqlar aparmaq mənasızıdır. Ukrayanada məğlub olan Rusiya Qarabağda möhkəmlənəcək. RusiyaCənubi Qafqazı əldən buraxmayacaq. Rusiyanın təxribatlarına qarşı Azərbaycan Türkiyə ilə birgə silahlı erməni borləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalı, Türk ordusu Laçın dəhlizində post qurmalıdır. Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyənin buna hüququ var. Rusiya hər gün Qarabağda möhkəmlənir və buranın Azərbaycanın idarəçiliyinə keçməməsi üçün bütün ssenariləri hazırlayır. V. Putin bir həftədə prezident İlham Əliyevə iki dəfə zəng edib. Telefon danışıqlarında Soçi Bəyannaməsi və əldə olunan razılaşmaların yerinə yetirilməsi müzakirə edilib. İlk növbədə V. Putin özü şəxsən razılaşmaların yerinə yetirilməsinə imkan vermir. 
Azərbaycan artıq Rusiyanın bu davranışlarından narahatdır. Rəsmi Bakı Türkiyənin Rusiyaya məlumat verməyərək keçirdiyi əməliyyatları Qarabağda keçirmək zamanı gəlib. Cənab Ərdoğan "Rusiya razılaşmalar əməl etmir, niyə onlarla məsləhətləşirik"- deyimini Qarabağda tətbiq etməliyik. V.Putin güvənsiz, etibarsız və öz imzasına hörmət etməyən, qonşularına qarşı düşmən siyasət aparan prezidentdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31