Erməni təxribatlarının arxasında Fransa amili - ÖZƏL
23 Noyabr 2022 12:53 Siyasət"Ermənistanın sərhəddə davamlı olaraq təxribatlara əl atmasının arxasında yenə də Fransa amili dayanır". Belə bir qənaətlə "Xəbər Mərkəzi" Analitik Qrupu çıxış edib. "OLAYLAR"-a sözügedən qrupdan daxil olan açıqlamada bildirilib ki, İrəvan bu günlərdə keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının sammitində qəbul edilən qərardan ruhlanaraq sərhəddə təxribatlara əl atır: "Bildiyimiz kimi Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammitinin yekunu olaraq qəbul edilən qətnamədə Ermənistana dəstək və həmrəylik nümayiş etdirilib. Məhz Ermənistan bundan ruhlanaraq sərhəddə təxribatlara əl atır. Düşünür ki, Azərbaycan Ordusu təxribatlara cavab olaraq yenidən antiterror əməliyyatı həyata keçirsə, Beynəlxalq Frankofoniya Təşkilatında təmsil olunan ölkələr Ermənistana dəstək göstərəcək".
Analitik Qrup hesab edir ki, Ermənistanın bu xülyası tamamilə yersizdir və İrəvanın ənənəvi olaraq sərhəddə təxribatlar həyata keçirərək üçüncü tərəflərdən dəstək gözləməsi onun işini daha da çətinləşdirəcək.