İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabət mühiti olsun - Partiya sədri

"Azərbaycanda bir hakim partiya var, hər kəsə məlumdur. Amma bu gün digər siyasi partiyaların da əsas niyyəti iqtidarda olmaqdır"."Olaylar" xəbər verir k, bunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib: "Gəlin görək, hakimiyyətdə olmaq üçün digər partiyaların nə qədər şansı və imkanı var. Belə olan halda hakimiyyət siyasi partiyalardan qorxmamalıdır, yeni münbit istiqamət yaradılmalıdır. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabət mühiti olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31