AŞ PA-nın nümayəndələri ölkəmizə səfər ediblər - FOTO - ÖZƏL

AŞ PA-nın nümayəndələri ölkəmizə səfər ediblər
AŞPA-nın "Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası" adlı qətnamə layihəsinin məruzəçisi Konstantinos Efstatiu və AŞPA-nın Hüquq Komitəsinin əməkdaşı Elianor Hurigan hazırda ölkəmizdə səfərdədilər. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Kamil Cəfərov məlumat verib. Bildirib ki, səfərin məqsədi ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar və yuxarıda qeyd edilən qətnamə layihəsi üzrə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlərlə tanış olmaqdır. Bu məqsədlə Baş prokurorun müavini Elmar Camalov və müvafiq idarə rəisləri ilə görüş keçirildi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış institusional tədbirlər, prokurorluq orqanlarında modernləşmə prosesinin davam etdirilməsi, köklü islahatların aparılması və şəffaflığın təmin edilməsi barədə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31