Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və ElşənMusayev NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, sessiya çərçivəsində NATO-nun yeni strateji konsepsiyası, Qərbi Balkanlarda vəziyyət, terrorçuluqla mübarizə, kiber təhdidlər, iqlim dəyişikliyindən qaynaqlanan çağırışlar və digər mövzularda müzakirələr aparılacaq. Səfər noyabrın 22-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31